İctimai nəqliyyatda avtobus seqmentində sərbəst hərəkəti təmin etmək üçün ilk növbədə şəhərsalma sahəsindəki qüsurlar aradan qaldırılmalıdır. Tikinti özbaşınalığına son qoyulmalıdır. Çünki mövcud tıxacların yaranmasının əsas səbəblərindən biri də məhz budur.
Publika.az xəbər veirr ki, bu sözləri Axar.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov ictimai nəqliyyatda müşahidə olunan sıxlıq və tıxac problemlərindən danışarkən deyib.
Ekspertin sözlərinə görə, tıxacların azaldılması üçün marşrutlara buraxılan avtobusların sayının artırılması vacibdir:
“Bu, hazırda ən çox ehtiyac duyulan istiqamətlərdən biridir və düşünürəm ki, mərhələli şəkildə həll olunacaq. Artıq Azərbaycanda elektroavtobusların istehsalına da başlanılıb. Bu, gələcəkdə ictimai nəqliyyatın ekoloji cəhətdən təmiz, keyfiyyətli və müasir tələblərə cavab verən avtobuslarla təmin olunmasına imkan yaradacaq”.
Eldəniz Cəfərov bildirib ki, ikimərtəbəli avtobuslar hazırda Bakıda əsasən turizm məqsədilə istifadə olunsa da, gələcəkdə müəyyən marşrutlarda onların istismarı da mümkündür: