
“İş qrafikim sıx olduğu üçün Asiya turnesi zamanı Şimali Koreya lideri Kim Çen Inla əlaqə saxlaya bilmədim”.
Yeniavaz.com xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
“Çox məşğul olduğum üçün danışa bilmədik”, - Tramp Vaşinqtona gedərkən təyyarəsində jurnalistlərə bildirib.
O, Cənubi Koreyanın Busan şəhərində Çin sədri Si Cinpinlə görüşünü şərh edərkən, “Əsasən, buna görə gəlmişdim”, - deyib.