Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Rəşad Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Misir Mərkəzi Bankında işgüzar səfərdə olub.
AMB-nin məlumatına görə, səfər çərçivəsində Mərkəzi Bank ilə Misir Mərkəzi Bankı arasında nağd pul tədavülünün təşkili və idarə edilməsi, pul nişanlarının istehsalı və nağd pulla əməliyyatların avtomatlaşması sahəsində qarşılıqlı məlumat mübadiləsi və birgə məsləhətləşmələr aparılıb.