AZ

Britaniyada helikopter qəzası nəticəsində ölən və yaralananlar var

Böyük Britaniyanın şimalında, Donkaster şəhəri yaxınlığında baş verən helikopter qəzası nəticəsində bir nəfər ölüb, daha 3 nəfər xəsarət alıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə The Daily Telegraph məlumat yayıb.

Məlumata görə, qəzaya uğrayan helikopter “Robinson R44 Raven II” modeli olub və "Kuki Helicopters" adlı yerli uçuş məktəbinə məxsusdur. Dördpendirli pizza

“70 yaşlı kişi hadisə nəticəsində ağır xəsarətlər alıb və həkimlərin səylərinə baxmayaraq, hadisə yerində dünyasını dəyişib. 41 yaşlı pilot, eləcə də digər iki sərnişin – 58 yaşlı qadın və 10 yaşlı oğlan yüngül xəsarətlər alıblar”, - məlumatda deyilir.

Hadisə ilə bağlı araşdırma aparılır./APA


Telegram kanalımız
Seçilən
16
6
yenisabah.az

8Mənbələr