AZ

10 min “Samuray arısı” təbiətə buraxıldı FOTO

ain.az bildirir, Sherg.az saytına əsaslanaraq.

İstanbulda zərərvericilərlə bioloji mübarizə başlayıb

İstanbulda kənd təsərrüfatına zərər vuran qəhvəyi iyburaxan böcəyin sürətlə yayılması ilə mübarizə məqsədilə 10 min Samuray arısı təbiətə buraxılıb.

Sherg.az xəbər verir ki, Kənd təsərrüfatı və meşə müdiri Suat Parıldar bildirib ki, arılar böcəklərin yumurtalarını parazitləşdirərək onların çoxalmasının qarşısını alır.

Parıldarın sözlərinə görə, böcək 2017-ci ildə Gürcüstan üzərindən Türkiyəyə keçib, 2020-dən isə İstanbulda yayılıb. Qış ayları mübarizədə həlledici dövrdür.

Vətəndaşlara çağırış edilib ki, gördükləri böcəkləriməhv etməklə bu prosesə dəstək versinlər. Üç illik “Mübarizə Planı” çərçivəsində bioloji və biosidal üsullar birgə tətbiq olunacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
1
sherg.az

2Mənbələr