AZ

Xocalıda Birinci Qarabağ müharibəsinin iki itkin şəhidi dəfn edildi (FOTO)

Xocalı. Trend:

Xocalıda Birinci Qarabağ müharibəsinin iki itkin şəhidi dəfnedilib

Trend-in Qarabağ bürosunun xəbərinə görə, Oktyabrın31-də Xocalı şəhərində Birinci Qarabağ müharibəsində itkin düşmüşhesab edilən iki şəhid Cingiz Usub oğlu Hüseynov və Səfər Qarsalanoğlu Qəmbərov torpağa tapşırılıblar.

Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti vəİdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilənməlumata görə, hər iki şəhidin nəşi müvəqqəti məskinlaşdıqlarırayonlarda keçirilən vida mərasimlərindən sonra Xocalı şəhərŞəhidlər xiyabanında dəfn edilib.

Dəfn mərasimlərində Azərbaycan Respublikası PrezidentininXankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında xüsusinümayəndəliyinin əməkdaşları, Xankəndi şəhərində, Ağdərə və Xocalırayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin nümayəndələri,Xocalı Rayon İcra Hakimiyyətinin rəsmiləri, Millət vəkili,hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər, şəhidlərin ailəüzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Cingiz Usub oğlu Hüseynov 1955-ci il mayın 4-dəXocalı rayonunda anadan olub. O, 1992-ci il fevralın 26-da Xocalıdagedən döyüşlər zamanı itkin düşüb.

Digər şəhid Səfər Qarsalan oğlu Qəmbərov isə 1961-ci ildə Xocalırayonunda anadan olub və 1992-ci ildə Xocalı döyüşləri zamanı itkindüşmüşdü.

Xocalıda
Xocalıda
Xocalıda
Xocalıda
Xocalıda
Xocalıda
Məqalədə:
Seçilən
24
15
az.trend.az

10Mənbələr