AZ

Xocalıda Birinci Qarabağ müharibəsinin iki itkin şəhidi dəfn edilib  

Oktyabrın 31-də Xocalı şəhərində Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən iki şəhid - Çingiz Usub oğlu Hüseynov və Səfər Qarsalan oğlu Qəmbərov torpağa tapşırılıblar.

Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, hər iki şəhidin nəşi müvəqqəti məskunlaşdıqları rayonlarda keçirilən vida mərasimlərindən sonra Xocalı şəhər Şəhidlər xiyabanında dəfn edilib.

Dəfn mərasimlərində Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyinin əməkdaşları, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin nümayəndələri, Xocalı Rayon İcra Hakimiyyətinin rəsmiləri, deputatlar, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər, şəhidlərin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Çingiz Usub oğlu Hüseynov 1955-ci il mayın 4-də Xocalı rayonunda anadan olub. O, 1992-ci il fevralın 26-da Xocalıda gedən döyüşlər zamanı itkin düşmüşdü.

Digər şəhid Səfər Qarsalan oğlu Qəmbərov 1961-ci ildə Xocalı rayonunda anadan olub və 1992-ci ildə Xocalı döyüşləri zamanı itkin düşmüşdü.

Seçilən
13
15
azerbaijan-news.az

10Mənbələr