AZ

Avrasiya Gənc İş Adamları Forumu EYBF2025 keçiriləcək

Xalqcebhesi saytından verilən məlumata görə, ain.az xəbər verir.

1 noyabr 2025-ci il tarixində saat 09.00-da Bakıda “Gənc MÜSİAD”-ın təşkilatçılığı ilə Avrasiya Gənc İş Adamları Forumu – EYBF2025 keçiriləcək.

Forum Türkiyə Respublikasının Prezident Administrasiyasına bağlı İnvestisiya və Maliyyə Ofisinin, Türkiyə Cümhuriyyəti Gənclik və İdman Nazirliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA-nın və Azərbaycan Sahibkarlar Konfederasiyasının dəstəyi ilə baş tutacaq. Tədbirdə 50 ölkədən 3000-dən çox gənc sahibkarın, ümumilikdə isə 5000-dən artıq iştirakçının iştirakı gözlənilir.

Forumun iştirakçıları:

Fərid Qayıbov - Azərbaycan Respublikasının Gənclər və İdman Naziri

Enes Eminoğlu - Türkiyə Respublikasının Gənclər və İdman Nazirinin müavini

Prof. Dr. Birol Akgün - Türkiyə Respublikasının Azərbaycandakı səfiri

Orxan Məmmədov - Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) İdarə Heyətinin sədri

Abdullah Eren, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) sədri

Mağsum Usta, Gənc MÜSİAD prezidenti

Forum çərçivəsində:

- B2B görüşlər

- Regional ticarət və investisiya imkanları

- Startap ekosistemi və elektron ticarət

- Texnologiya transferi

- Universitet–sənaye əməkdaşlığı və digər aktual mövzular müzakirə olunacaq.

Cavid

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
35
6
icma.az

7Mənbələr