AZ

Bakıdan maşın almaq istəyi baha başa gəldi: Naxçıvanda 60 minlik DƏLƏDUZLUQ - VİDEO

Naxçıvanda dələduzluq əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

DİN mətbuat xidmətindən Musavat.com-a verilən xəbərə görə, aparılan araşdırmalarla əvvəllər də məhkum olunmuş 32 yaşlı Tural Bağırovun müxtəlif şəxslərə Bakıdan münasib qiymətə avtomobil gətirəcəyini vəd edərək onların etimadını qazandığı və bu yolla ümumilikdə 9 nəfəri aldadaraq 58500 manat məbləğində pul vəsaitini ələ keçirdiyi müəyyən olunub.

Faktla bağlı Naxçıvan ŞPİ-də dələduzluq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Seçilən
15
12
musavat.com

6Mənbələr