AZ

Deputat: Yüksək bal toplayırlar, amma dövlət qulluğuna qəbul ola bilmirlər…

Olke.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Yeni qanun dövlət xidmətlərinin daha şəffaf və vətəndaş mərkəzli olmasını təmin edəcək. Amma bu hədəflərə çatmaq üçün dövlət qulluqçusu anlayışına da yeni baxış lazımdır. Çünki qanunlar mexanizmdir, amma bu mexanizmi hərəkətə gətirən dövlət qulluqçusunun vicdanı və peşəkarlığıdır”.Ölkə.az xəbər verir ki, bunu deputat Razi Nurullayev Milli Məclisdə “Dövlət xidməti haqqında” qanun layihəsinə dəyişikliklərin  müzakirəsi zamanı çıxış edərkən deyib.Deputat bildirib ki, dövlət xidmətləri sadəcə sənəd dövriyyəsi deyil, vətəndaşla dövlətin birbaşa təmasıdır: “O təmasda vətəndaşı qarşılayan dövlət qulluqçusunun davranışı dövlətin simasıdır. Buna görə də dövlət qulluğu haqqında islahatları da paralel düşünməliyik.

Bu gün cəmiyyətimizdə çoxsaylı gənclər var ki, dövlət qulluğuna girmək üçün illərlə hazırlaşır, imtahan verir, yüksək bal toplayır, lakin yenə də işə qəbul oluna bilmir. Bu, artıq fərdi yox, sistemli bir problemdir”.O əlavə edib ki, dövlət qulluğuna qəbul prosesi formal olaraq ədalətli görünsə də, reallıqda bir çox hallarda imtahan balı işlə təminata çevrilmir: “İnsanlar düşünür: “Əgər yüksək bal yığmaq belə yetərli deyilsə, bəs nə lazımdır?” Bu sual təkcə həmin gəncləri deyil, bütövlükdə cəmiyyəti narahat edir.Əgər imtahan və bal obyektiv meyardırsa, niyə yüzlərlə, bəzən minlərlə gənc “ehtiyat kadr siyahısında” illərlə qalır və iş tapa bilmir? Digər tərəfdən, çox vaxt həmin vəzifələrə tanışlıqla, ya da daxildən yönləndirilən şəxslər qəbul olunur. Bu, ədalət prinsipini, dövlətin nüfuzunu və gənclərin inamını ciddi şəkildə sarsıdır.Biz gənclərə deyirik ki, oxuyun, çalışın, imtahan verin, biliklə yüksəlin. Amma sistem onlara fərqli siqnal göndərir – “bacarıq yox, münasibət vacibdir”. Belə olduqda isə dövlət xidməti olan dövlət qulluğu imtahanından yüksək bal toplamış istedadlı gənclər üçün cəlbedici yox, ümid sındıran bir məkana çevrilir.

Bu problemi həll etmək üçün, birinci növbədə, imtahanı keçən hər bir namizədin yerləşdirilməsi üçün şəffaf mexanizm yaradılmalıdır. Boş yerlər real və açıq elan olunmalı, müsahibə mərhələsində subyektivlik aradan qaldırılmalıdır.

Dövlət qulluğunda işləmək istəyən gənc “tanışım yoxdur” deməməlidir. O, inanmalıdır ki, biliyi və zəhməti onun ən böyük dayağıdır. Bu sahədə sosial ədalət bərpa olunmadıqca, nə dövlətə inam möhkəmlənəcək, nə də cəmiyyətin gələcəyinə istədiyimiz inam.Gəlin elə bir iş quraq quraq ki, gənc insan bu ölkədə ədalətin çox gözəl işlədiyinə öz taleyində əmin olsun”.Mürtəza

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
27
2
olke.az

10Mənbələr