AZ

21 yaşlı oğlan faciəvi şəkildə öldü

Axar.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Salyan rayonunda elektrik cərəyanı vuran gənc xəstəxanada ölüb.

Axar.az xəbər verir ki, rayonun Boranıkənd kənd sakini, 2004-cü il təvəllüdlü İlqar İlham oğlu Əliyev yük maşınında ot bağlaması qaldırarkən ehtiyatsızlıqdan elektrik cərəyanına toxunub.

Nəticədə cərəyanın təsirindən yerə çırpılaraq müxtəlif dərəcəli xəsarətlər alan İ.Əliyev Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkimlərin səyinə baxmayaraq, o, iki gündən sonra xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
9
11
axar.az

10Mənbələr