AZ

İslam Rzayevin müavinləri də saxlanılıb? RƏSMİ AÇIQLAMA

ain.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ötən gün Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən keçirilən əməliyyat zamanı Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev saxlanılıb.

Mətbuatda onunla yanaşı bir neçə şəxsin də saxlanıldığı bildirilir. Saxlanılan şəxslər arasında icra başçısının müavinləri, rayonun baş memarının da olduğu qeyd olunub.

Modern.az hadisə ilə əlaqədar Balakən Rayonu İcra Hakimiyyəti ilə əlaqə saxlayıb.

İcra başçısının köməkçisi Aydın Xoçbərov suallarımızı cavablanıdırıb.

O qeyd edib ki, başçının müavinləri, köməkçiləri və baş memar işlərinin başındadır.

“Hər kəs öz işinin başındadır, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) apardığı əməliyyatlar zamanı yalnız icra başçısı İslam Rzayev saxlanılıb”, - açıqlamada qeyd olunub.

Qeyd edək ki, icra başçısının birinci müavini Turan Dibirov, müavinləri Nəzakət Rüstəmova və Mehparə Nuriyevadır. Rayonun baş memarı isə Tahir Rəcəbovdur.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
10
modern.az

10Mənbələr