AZ

I Qarabağ müharibəsinin itkin şəhidi ilə vida mərasimi keçirilib

ain.az, Missiya.az portalına istinadən məlumat verir.

Neftçala rayonunda Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Teymur Allahverdiyevlə vida mərasimi keçirilib.

Missiya.Az "Report"un Aran bürosuna istinadən xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, Neftçala rayonunun rəsmi şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Teymur Qüdrət oğlu Allahverdiyev 1967-ci il iyulun 14-də Neftçalanın Qaçaqkənd kəndində anadan olub. 1992-ci il mayın 8-də Şuşada gedən döyüşlər zamanı itkin düşüb.

T.Allahverdiyev doğulduğu kənddə dəfn ediləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
1
missiya.az

2Mənbələr