Bir müddətdir klubsuz olan Furkan Korkmazın yeni komandası məlum olub.
Offsideplus.az xəbər verir ki, "Tofaş" türkiyəli basketbolçunu heyətinə cəlb edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
2017-ci ildə "Filadelfiya" tərəfindən draft olunan F. Korkmaz ötən yay Avropaya qayıdıb.
O, bu yay Türkiyə yığması ilə Avropa çempionatında gümüş medal qazanıb.