Bakı. Trend:
Oktyabrın 31-də Dövlət Turizm Agentliyinin tabeliyindəki qoruqvə müəssisələrdə aparılan bərpa işləri, həmçinin 2025-ci ilin 9 ayıərzində qoruq və mədəniyyət müəssisələrini ziyarət edənlərinstatistikası təqdim edilib.
Trend bu barədəDövlət Turizm Agentliyinə istinadən xəbər verir.
Palçıq Vulkanları Turizm Kompleksində baş tutan təqdimatda“Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisində, o cümlədənqoruqdakı Dairəvi Məbəddə həyata keçirilən bərpa işləri, eləcə də“Kiş” Tarix-Memarlıq Qoruğu ərazisindəki tarixi məsciddə aparılanbərpa işləri haqqında məlumat verilib. Bildirilib ki, “Lahıc”Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində də Qoruq evinin inşasıtamamlanmaq üzrədir. “Lahıc” DTMQ-da parkinq zonasının yaradılmasıüzrə işlər davam etdirilir. Eyni zamanda “Basqal” DövlətTarix-Mədəniyyət Qoruğunda tikinti-bərpa tədbirlərinin yenimərhələsi çərçivəsində məsciddə, park-muzeydə, həmçinin bəziobyektlərdə tarixi memarlıq üslubu qorunmaqla işlər aparılır.
Qeyd olunub ki, bu ilin oktyabr ayında Xınalıq kəndi BMT-ninTurizm Təşkilatının “Ən yaxşı turizm kəndi” (“Best TourismVillages”) siyahısına əlavə olunub ki, bu da "Xınalıq və Köç Yolu"Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğu üzrə yeni turizmxidmətləri və məhsullarının formalaşmasına töhfə kimiqiymətləndirilir. Məlumat verilib ki, 2020-ci ildən başlayaraqXınalıqda abidələrin və evlərin bərpası mərhələli qaydada davametdirilib, zəruri infrastruktur yaradılıb. Kənd sakinlərinin cəlbedilməsi ilə aparılan bərpa və abadlıq işləri məşğulluqimkanlarının genişlənməsinə şərait yaradıb.
Məlumat verilib ki, Palçıq Vulkanları Turizm Kompleksindəazərbaycanlı sənətkarların iştirakı ilə milli suvenirlərinhazırlanmasına başlanılıb. Həmçinin kompleksin ərazisindəki palçıqvulkanlarının əsas hissəsində yerləşən qrifon tipli geolojistrukturlarda daha bir neçə palçıq vulkanı yaranıb.
Təqdimatda qoruq və müəssisələri cari ilin 9 ayı ərzində ziyarətedənlərin sayı da açıqlanıb. Məlumat verilib ki, DTA tabeliyindəolan qoruqları və muzeyləri 2025-ci ilin 9 ayı üzrə ziyarətedənlərin sayında ötən ilin eyni dövrü ilə müqayisədə 25,71 faizartım olub. 2025-ci ilin üç rübü ərzində Qoruqları İdarəetməMərkəzinin tabeliyindəki qoruqları və mədəniyyət müəssisələrini 159171 nəfəri yerli, 547 323 nəfəri əcnəbi turist olmaqla 706 494nəfər ziyarət edib. Göstərilən müddət çərçivəsində qoruqları vəmədəniyyət müəssisələrini ziyarət edənlərin 77,47 faizini xaricivətəndaşlar təşkil edib ki, bu da ötən ilin eyni dövrü iləmüqayisədə 10 faizdən çoxdur.
Ümumilikdə 2025-ci ilin 9 ayı üzrə bilet satışından 4 821 346manat gəlir əldə edilib.