Bu ilin yanvar ayında Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək mərkəzinin hotelində baş verən yanğında 36-sı uşaq olmaqla 78 nəfər həyatını itirmişdi.
Milli.Az xəbər verir ki, onlarla insanın həyatına son qoyan "Grand Kartal Hotel"də baş verən yanğınla bağlı məhkəmənin hökmləri açıqlanıb.
Xatırladaq ki, Kartalkaya dağ-xizək kurortunda yanğın yanvarın 21-nə keçən gecə baş verib. Yanğın zamanı hoteldə ümumilikdə 238 qonaq olub. Türkiyədə yanvarın 22-si milli matəm günü elan edilib.
Milli.Az