Milli.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Türk sənət musiqisinin tanınmış ifaçısı Muazzez Abacının səhhətində problem yaranıb.
Milli.Az xəbər verir ki, məlumata görə, ABŞ-da yaşayan sənətçi infarkt keçirib. Abacıya stent qoyulub.
Sənətçinin dostu, söz yazarı Seda Akay sosial mediada açıqlama yayaraq bunları deyib:
"Əziz Abacığım çərşənbə axşamı ürək tutması keçirib. Ona stent qoyulub və müalicəsi xəstəxanada davam edir. Şükürlər olsun ki, artıq normal palatada müalicə alır" .
Qeyd edək ki, uzun müddətdir səhhətində problemlər yaşayan Muazzez Abacı son illərdə səhnə fəaliyyətinə fasilə vermişdi.
Fidan
Milli.Az
.jpg)
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.