AZ

Şaradan tərəfdarlarına sərt xəbərdarlıq: “Lüks avtomobillərinizi...”

Suriya Prezidenti Əhməd Əl-Şaraa korrupsiya ilə mübarizə çərçivəsində administrasiyadakı tərəfdarlarına sərt xəbərdarlıq edib.

“Cebheinfo.az” "Reuters"ə istinadən xəbər verir ki, keçmiş müxalif qərargahında keçirilən toplantıda yüzdən çox yüksək vəzifəli şəxs və iş adamı iştirak edib.

Şaraa toplantıda iştirak edənlərə, “Dövlətin bu qədər yüksək maaş verdiyini bilmirdim! İnqilabın övladları olduğunuzu unutmusunuzmu? Bu qədər tezmi yoldan çıxdınız?”, deyə bildirib. 

Mənbələrin sözlərinə görə, Prezident bu ifadələri binanın qarşısında dayanan bahalı avtomobilləri gördükdən sonra səsləndirib.

Şaraa dövlət qulluqçularına “lüks avtomobillərini təhvil vermələri və ya korrupsiya istintaqı ilə üzləşəcəkləri” barədə xəbərdarlıq edib.

Toplantıdan sonra bəzi iştirakçıların həqiqətən də avtomobil açarlarını təhvil verdiyi bildirilir.

Seçilən
10
1
cebheinfo.az

2Mənbələr