AZ

“Komandamız bu yarışa ciddi hazırlaşmışdı” Azər Məhərrəmovun ə AÇIQLAMASI + VİDEO

Idman.biz saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Komandamız iki il öncədən bu yarışa ciddi hazırlaşmışdı”.

Bu sözləri İdman.Biz-ə açıqlamasında Azərbaycan Bodibildinq və Fitnes Federasiyasının vitse-prezidenti Azər Məhərrəmov deyib.

O bildirib ki, milli komanda dünya çempionatına əvvəlcədən tam hazır vəziyyətdə yollanıb və uğurlu nəticələr qazanıb:

“Artıq bir neçə medalımız var və inanıram ki, daha artığı da gələcək. Mən özüm Avropa və dünya çempionu olmuşam, indi isə məqsədimiz bu uğuru yenidən Azərbaycana qazandırmaqdır. Hazırda finaldayam, inşallah, bir və ya iki medal qazanacağıq”.

Məhərrəmov sonda vurğulayıb ki, federasiyanın qarşısına qoyduğu əsas məqsəd - Azərbaycan idmançılarının beynəlxalq arenada daha çox uğur qazanmasıdır.

Vüqar Vüqarlı

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
24
1
icma.az

2Mənbələr