Xalq artisti Elmira Rəhimova səhhətində yaranan problemlərlə əlaqədar xəstəxanaya yerləşdirilib.
"Yeni Sabah" xəbər verir ki, məlumatı sənətkarın oğlu açıqlayıb.
Onun sözlərinə görə hazırda Elmira Rəhimova Bakı Sağlamlıq Mərkəzində həkim nəzarətindədir: Pepperoni pizza
"Anamın təzyiqi və şəkəri qalxmışdı, özünü bir qədər narahat hiss edirdi. Buna görə də xəstəxanaya aparmaq qərarına gəldik".
84 yaşlı Elmira Rəhimovaya terapiya şöbəsində nevroloq və endokrinoloq tərəfindən müayinə aparılıb, lazımi müalicə üsulları təyin edilib.
Sənətkarın vəziyyəti hazırda stabildir və yaxın günlərdə evə buraxılması planlaşdırılır.
Telegram kanalımız