AZ

Naxçıvanda iki maşın toqquşub: 11 yaşlı uşaq xəsarət alıb

Naxçıvanda baş verən qəzada 11 yaşlı uşaq xəsarət alıb.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə Əziz Əliyev küçəsində baş verib.

99-RS-198 dövlət nömrə nişanlı “Megan” markalı avtomobillə 90-BN-828 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobilin toqquşması nəticəsində bir azyaşlı xəsarət alıb.

Xəsarət alan Naxçıvan şəhər sakini, 2014-cü il təvəllüdlü Ramazanlı Xəyal Məhəmməd oğlu Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az" 

Seçilən
9
3
cebheinfo.az

4Mənbələr