AZ

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yazını böyüt
Yazını kiçilt

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri, Quba, Xaçmaz və Samux rayonlarının inzibati ərazilərində yaşıllıqların qanunsuz məhv edilməsi faktları aşkar olunub.

Xidmətdən hafta.az-a verilən mlumata görə, araşdırma zamanı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi Seymur Məmmədov küçəsi 13 ünvanında, Quba rayonunun Çiçi kəndində, Xaçmaz rayonunun Seyidlər kəndi ərazisində və Samux rayonunun Kür çayının sağ sahilində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 75 min 770 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Bildirildiyinə görə, hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.

Seçilən
21
6
hafta.az

10Mənbələr