AZ

Avrasiya Gənc İş Adamları Forumu (EYBF2025) öncəsi görüş təşkil olunub

ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

“Gənc MÜSİAD”-ın təşkilatçılığı ilə keçiriləcək Avrasiya Gənc İş Adamları Forumu (EYBF2025) öncəsi görüş təşkil olunub.

Bizimyol.info xəbər verir ki, sabah Bakıda “Gənc MÜSİAD”-ın təşkilatçılığı ilə keçiriləcək Avrasiya Gənc İş Adamları Forumu (EYBF2025) öncəsi təşkil olunan görüşdə Türkiyə Cümhuriyyətinin Gənclər və İdman nazirinin müavini Enes Eminoğlu, Türkiyə Cümhuriyyətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Prof. Dr. Birol Akgün, Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycandakı nümayəndəsi Ufuk Turqaner və İstanbul Bahçeşehir Universitenin rektoru Prof. Dr. Esra Hatipoğlu və universitetin nümayəndələri iştirak edib.

Tədbir ənənəvi şəkildə Quran-i Kərim tilavətiylə başlayıb. Ardınca MÜSİAD Azərbaycanın tanıtım çarxı təqdim olunub.

Tədbirdə "Gənc MÜSİAD" və "MÜSİAD" Azərbaycanın rəhbərlik nümayəndələri, həmçinin İstanbuıl Bahçeşehir Universitenin rektoru Prof. Dr. Esra Hatipoğlu, Türkiyə Cümhuriyyətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Prof. Dr. Birol Akgün və Türkiyə Cümhuriyyətinin Gənclər və İdman nazirinin müavini Enes Eminoğlu çıxış edib.

Orxan Musabəyli, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
22
3
icma.az

2Mənbələr