AZ

İran sanksiyalara baxmayaraq Çindən silah alır

Tehran BMT qadağalarına məhəl qoymadan ballistik raket proqramını bərpa edir...

Poliqon xəbər verir ki, CNN telekanalımın Qərb xüsusi xidmət orqanlarına istinadən yaydığı məlumata görə, İran BMT tərəfindən tətbiq edilən sanksiyalara baxmayaraq Çinin köməyi ilə yenidən silahlanma prosesini gücləndirib. Məlumata əsasən, Tehran ötən ay qüvvəyə minmiş BMT sanksiyalarına baxmayaraq ballistik raket proqramının bərpasını sürətləndirir. Bu sanksiyalar İranın silah alqı-satqısını və ballistik raket sahəsində fəaliyyətini qadağan edir.

Avropa kəşfiyyat mənbələrinin bildirdiyinə görə, sentyabrın sonunda tətbiq edilən “snapback mexanizmi”ndən dərhal sonra Çindən İranın Bəndər-Abbas limanına bir neçə partiya natrium perxlorat gətirilib. Bu maddə raketlərin bərk yanacağı üçün əsas xammaldır və xüsusilə İranın orta mənzilli raketlərinin istehsalında istifadə olunur.

“Müharibə zamanı xərclənmiş raketlərin yerini doldurmaq və istehsalı artırmaq üçün İrana indi daha çox natrium perxlorat lazımdır. Mən İrana iri həcmdə yeni tədarüklərin olacağını gözləyirəm, çünki Tehran yenidən silahlanmağa çalışır... İki min ton natrium perxlorat təxminən 500 raketin istehsalına bəs edər. Bu çoxdur, amma İran müharibədən əvvəl ayda təxminən 200 raket istehsal etməyi planlaşdırırdı və indi həm İsrail tərəfindən məhv edilən, həm də döyüşlərdə istifadə edilən bütün raketləri əvəzləməlidir”, deyə Middelsburi Beynəlxalq Araşdırmalar İnstitutunun Şərqi Asiya üzrə nüvə silahlarının yayılmaması layihəsinin direktoru Ceffri Lyuis CNN-ə bildirib.

Lyuisin sözlərinə görə, hazırkı vəziyyət hər iki tərəfin silahlanmaya yönəldiyi müvəqqəti “hərbi fasilə” kimi qiymətləndirilməlidir.

Poliqon.info

Seçilən
49
poliqon.info

1Mənbələr