AZ

Azərbaycanda ilk dəfə: Meyitdən ürək köçürülüb

Əməliyyatı həyata keçirən Mərkəzi Klinikanın baş həkimi, professorKamran Musayevin sözlərinə görə, artıq Azərbaycanda meyitdən donor olaraq istifadə olunması prosesinə başlanılıb. O xatırladıb ki, 2020-ci ildə "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanun yenidən təkmilləşdirilərək qəbul edilib. Ovaxtdan Azərbaycanda meyitdən donor kimi istifadə edilməyə rəsmi şəkildə icazə verilib.

- Orqan donorluğu və transplantasiyası prosesinin təşkili və əlaqələndirilməsi istiqamətində Səhiyyə Nazirliyi uzun illərdir ki, iş aparırdı. Biz də, həmçinin ürək transplantasiyasının həyata keçirilməsi üzərində işləyirdik. Oktyabr ayında 19 yaşında gənc bir xəstəyə beyin ölümü baş vermiş başqa bir meyitin ürəyini köçürdük. Donorun ailəsinə bu humanist addım üçün təşəkkür edirik. Bu qərar 19 yaşlı gənc bir oğlanın həyatını davam etdirməsinə səbəb oldu,- həkim "Azərtac"a bildirib.

Kamran Musayevin vurğulayıb ki, bu kompleks şəkildə icra edilmiş bir əməliyyat idi: "Mərkəzi Klinika olaraq illərdir ki, bu məsələ üzərində işləyirdik. Başda mən olmaqla, bütün komandanın üzvləri bu prosesə hazır idi. Əməliyyatın icrasında 20 nəfərə yaxın tibb heyət iştirak etdi. Xəstənin hazırda vəziyyəti keçirdiyi əməliyyata uyğundur, kafidir".
Seçilən
6
3
azvision.az

4Mənbələr