AZ

LEOBANK istifadəçiləri çətinliklə üzləşdi Köçürmələr və ödənişlərdə nasazlıq yaranıb FOTO

ain.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Hazırda Leobank mobil tətbiqindən istifadə edən bəzi müştərilər köçürmə və ödəniş əməliyyatları zamanı texniki problemlərlə qarşılaşırlar.Bizim.Media xəbər verir ki, bankdan bildirilib ki, mütəxəssislər yaranmış çətinliyin aradan qaldırılması üçün artıq işə başlayıblar və yaxın zamanda tətbiqin sabit fəaliyyəti bərpa olunacaq.“Hazırda bəzi istifadəçilərdə köçürmələr zamanı texniki çətinliklər müşahidə olunur. Problemin qısa müddətdə həll ediləcəyi gözlənilir. İstifadəçilər tətbiqdən çıxış edib yenidən daxil ola bilərlər”, – deyə bankdan bildirilib.Qeyd olunub ki, problem tam aradan qalxana qədər ödəniş və köçürmə əməliyyatlarını həyata keçirmək mümkün olmaya bilər.

Aygün Hüseyn, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
3
bizim.media

4Mənbələr