AZ

Yuventus un baş məşqçisi qolundakı Napoli döyməsindən danışdı

Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Yuventus"un yeni baş məşqçisi Luçiano Spalletti qolundakı "Napoli" döyməsi barədə danışıb.

Oxu.Az xəbər verir ki, "Football Italia" mütəxəssisin sözlərindən sitat gətirib.

Məlum olub ki, bu döymə Spaletti üçün 2023-cü ildə "Napoli" ilə qazandığı çempionluğun bir xatirəsidir.

"Bu gün qan analizi verdim, amma digər qolumdan, çünki o birində döymə var. Toxunulmasını istəmirəm. Mənim üçün heç nə dəyişməyib. Neapolda həmişə çoxlu dostlarım olacaq. Neapola qayıdacağam. Peşəkar qərarlarımdan asılı olmayaraq, bu şəhər əbədi olaraq ürəyimdə qalacaq", - deyə Spalletti bildirib.

Qeyd edək ki, 66 yaşlı məşqçi 2021-ci ildən 2023-cü ilə qədər "Napoli"nin baş məşqçisi vəzifəsində çalışıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
45
oxu.az

1Mənbələr