AZ

Dəbdəbəli villa, 6 metrlik hasar, helikopter üçün meydança: Həbs edilən başçı Mehdiyevlə qonşu imiş

DTX tərəfindən saxlanılan və daha sonra həbs edilən Balakən Rayon İcra Hakimiyyətinin sabiq başçısı İslam Rzayevin Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevlə qonşu olduğu üzə çıxıb.

Publika.az Metbuat.az-a istinadən xəbər verir ki, İslam Rzayev Göyçay rayonunun Hüngütlü kəndində özünə dəbdəbəli ev tikdirib. Həmin kənddə Ramiz Mehdiyevin də əzəmətli villası var.

Qeyd edək ki, Ramiz Mehdiyevin Göyçayda villa sahibi olduğu barədə məlumatlar bir neçə il əvvəl yayılıb. KİV-in iddiasına görə, villa 4 hektar ərazini əhatə edir və hər tərəfdən 6 metr hündürlükdə hasarla əhatə olunub. Villanın ərazisində helikopterin enməsi üçün xüsusi meydança var.

Seçilən
23
37
publika.az

10Mənbələr