ABŞ dövlət katibi Marko Rubio, ABŞ-ın yaxın gələcəkdə Venesueladakı hərbi hədəflərə hava hücumları təşkil edə biləcəyi ilə bağlı “Miami Herald”in yaydığı xəbəri saxta adlandırıb.
APA xəbər verir ki, Rybio bu barədə öz “X” hesabında məlumat verib.
"Məlumatlı olduğunu iddia edən mənbələriniz sizi aldadaraq saxta xəbər yazmağa vadar ediblər", - Rubio yazıb.
Qeyd edək ki, “Miami Herald” məlumatlı mənbələrə istinadən ABŞ-ın yaxın saatlarda və ya günlərdə Venesueladakı hədəflərə hava hücumları təşkil edə biləcəyi barədə məlumat yayıb.