AZ

Luvrdan sonra Oklənd...

ain.az bildirir, Qafqazinfo portalına istinadən.

ABŞ-nin Kaliforniya ştatının Oklənd şəhərində yerləşən muzeydə genişmiqyaslı oğurluq hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Oklənd polisinin açıqlamasına görə, naməlum şəxslər muzeyin anbarına daxil olaraq kolleksiyadan 1000-dən çox artefakt aparıblar. Oğurlanan əşyalar arasında yerli Amerika tayfalarına məxsus qədim əl işləri, zərgərlik məmulatları və digər tarixi eksponatlar var.

Məlumata görə, hadisə muzeyin saxlanma bölməsində baş verib. İlkin məlumatlara əsasən, oğurluq əvvəlcədən peşəkar şəkildə planlaşdırılıb. Hadisə baş verən vaxt muzeydə heç bir işçi olmayıb və oğurluq yalnız ertəsi gün aşkarlanıb.

İstintaq Federal Təhqiqat Bürosu (FBI) ilə birgə aparılır. Hazırda oğurlanan eksponatların ümumi dəyəri açıqlanmır.

Xatırladaq ki, bu yaxınlarda Fransada naməlum şəxslər Luvr muzeyinə girərək imperator Napoleonun kolleksiyasından 9 əşya oğurlamışdılar.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
31
1
qafqazinfo.az

2Mənbələr