AZ

Yaşı 100 ü ötənlərin ortaq sirri: Hamısı bu qidanı yeyir

ain.az, Olke.az saytına istinadən bildirir.

Alimlər və dietoloqlar 100 yaşdan yuxarı insanların ortaq vərdişlərini araşdırıblar. Çıxan nəticə isə hər kəsi təəccübləndirib.

Ölkə.az publika-ya istinadən xəbər verir ki, uzunömürlü şəxslərin müntəzəm olaraq evdə hazırlanmış qatıq istehlak etdiyi məlum olub.

Mütəxəssislər evdə hazırlanmış qatıqdakı probiotik bakteriyaların immunitet sistemini gücləndirdiyini, həzm sistemini tənzimlədiyini və qocalma prosesini yavaşlatdığını vurğulayırlar. Həmçinin qatıqdakı kalsium, protein və B vitaminlərinin əzələ və sümük sağlamlığını qoruduğu, insanların hətta qocalıqda belə aktiv həyat sürməsinə kömək etdiyi bildirilir.

Dietoloq Elif Karacanın sözlərinə görə, mağazadan alınan qatıq tez-tez pasterizə olunur və tərkibindəki əlavələr onun probiotik canlılığını azaldır.

Mütəxəssislər uzun və sağlam həyat sürmək istəyənlərə hər gün bir kasa evdə hazırlanmış qatıq istehlak etməyi məsləhət görür.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
3
olke.az

4Mənbələr