ain.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.
Moskva məhkəməsi tarixçi Tamara Eydelmanı (Rusiyada xarici agent kimi tanınır) nasizmin reabilitasiyası ilə bağlı iş üzrə qiyabi olaraq həbs edib.
"Unikal" xəbər verir ki, Eydelman həmçinin Rusiya Cinayət Məcəlləsinin Rusiya ordusu haqqında saxta xəbərlər maddəsi ilə ittiham olunub.
"Müəyyən edilib ki, 5 may 2024-cü ildə xarici agent Eydelman özünün idarə etdiyi ictimai kanalda II Dünya Müharibəsi zamanı SSRİ-nin hərəkətləri, hərbi şöhrət günləri və Rusiyada Vətənin müdafiəsi ilə bağlı yaddaqalan tarixlər, eləcə də II Dünya Müharibəsi veteranları haqqında mənfi ifadələr ehtiva edən verilişinin videoyazısını yayımlayıb", - məhkəmənin məlumatında deyilir.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, həmin ilin iyul ayında Eydelman Rusiya Silahlı Qüvvələri ilə bağlı bilərəkdən yalan məlumat yayıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.