AZ

Bolqarıstan 2026 cı ildə avrozonaya daxil olacaq

ain.az bildirir, Azertag portalına istinadən.

Bakı, 1 noyabr, AZƏRTAC

Bolqarıstan 2026-cı il yanvarın birindən avroya keçəcəyini təsdiqləyib.

AZƏRTAC xəbər verir ki, ölkə 2018-ci ildə Avropa İttifaqına sədrliyinin son günündə avroya keçidlə bağlı rəsmi müraciət etmişdi. Keçid 2 dəfə təxirə salınıb. İyulun 8-də Avropa Parlamenti Bolqarıstanın avrozonaya qoşulmasının lehinə səs verib.

Avroya keçid həm də rəsmi Sofiyanın Maastrix sazişindən irəli gələn öhdəlikləri tam yerinə yetirməsi anlamına gəlir.

Hazırda avrodan Avropa İttifaqına üzv 20 ölkə istifadə edir. Andorra, Monako, San-Marino və Vatikan ittifaqa üzv olmasalar da, Avropa Mərkəzi Bankının razılığı əsasında vahid valyutadan yararlanırlar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
5
azertag.az

6Mənbələr