AZ

Danimarka adanı qorumaq üçün hərəkətə keçdi Rusiyaya qarşı

ain.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı ilhaq etmək istəyi ilə bağlı təkrar bəyanatlarından sonra Danimarka adanı qorumaq üçün əməli işə başlayıb, lakin ABŞ-dan deyil, Rusiyadan qorumaq üçün.

Axar.az xəbər verir ki, bu barədə “Blumberq” agentliy məlumat yayıb.

Nəşr qeyd edir ki, Danimarka kəşfiyyat xidmətləri NATO ilə Rusiya arasında Arktikada eskalasiyanın yüksək risklərini etiraf edərək, son bir il ərzində öz ritorikasını bir qədər tənzimləyiblər. Oktyabr ayında Danimarka hökuməti Qrenlandiya ətrafında əlavə dəniz müdafiə imkanlarına investisiyalar, sualtı müşahidə və əks tədbirlər üçün dəniz patrul təyyarələri və daha çox Arktika gəmiləri və buzqıran gəmilər daxil olmaqla, ikinci Arktika hərbi paketini elan edib.

Bundan əvvəl, sentyabr ayında Danimarka Qrenlandiyada ən böyük hərbi təlimini keçirib. Əvvəllər bu cür təlimlər xilasetmə missiyalarına və mülki tapşırıqlara yönəlmişdisə, bu dəfə onlar müharibəyə hazırlaşırdılar.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
38
axar.az

1Mənbələr