AZ

Azərbaycanlı hakim "Napoli" – "Ayntraxt" oyununu idarə edəcək

FIFA referisi Kamal Umudlu UEFA Gənclər Liqasının IV turu çərçivəsində keçiriləcək "Napoli" (İtaliya) - "Ayntraxt" (Frankfurt, Almaniya) oyununun baş hakimi olacaq.

Milli.Az xəbər verir ki, ona Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər.

Görüş noyabrın 4-də Çerkola şəhərində yerləşən "Cüzeppe Pikkolo" stadionunda, Bakı vaxtı ilə saat 14:30-da başlayacaq.

Milli.Az

Seçilən
11
15
milli.az

10Mənbələr