AZ

Növbəti sammitin yerini və tarixini açıqladı

ain.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (ASİƏT) növbəti sammiti Şençjendə keçiriləcək.

Yeniavaz.com xəbər verir ki, bunu Kyoncuda keçirilən ASİƏT sammitində yekun nitqində Çin Prezidenti Si Cinpin deyib.

“Çin 2026-cı ilin noyabrında keçiriləcək ASİƏT Liderlərinin Toplantısına ev sahibliyi etmək üçün Şençjeni seçdi”, - Si Cinpin bildirib.

Çin prezidentinin sözlərinə görə, Honq-Konq, Makao və Şençjenin daxil olduğu region “qlobal iqtisadi inkişafın mühüm mühərrikini” təmsil edir.

“Asiya-Sakit Okean regionunun inkişaf yolunu müəyyənləşdirmək və regionumuz üçün daha yaxşı gələcək qurmaq üçün gələn il sizi Şençjendə görməyi səbirsizliklə gözləyirəm”, - Si Cinpin deyib.

Qeyd edək ki, 2026-cı ildə ASİƏT-ə Çin sədrlik edəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
1
yeniavaz.com

2Mənbələr