AZ

Qızıl unitaz inanılmaz qiymətə satılacaq

18 noyabrda "Sotheby's" (Nyu York) Maurisio Kattelanın "Amerika" adlı əsərini satışa çıxaracaq.

 

Əsər 101 kiloqramdan çox ağırlığında olan tam funksional qızıl unitaz formasında hazırlanıb.

 

Onun başlanğıc qiyməti 10 milyon dollardır.

 

Ziyarətçilər əsəri görə biləcəklər, lakin istifadə edə bilməyəcəklər.

 

Qeyd edək ki, əsər 2019-cu ildə Blenheym Sarayından (Böyük Britaniya) oğurlanmış unitazla eynidir. Oğrular tapılsalar da, əşyanın özü heç vaxt tapılmayıb.

 

Oxu.az

Tarix: 1 Noyabr 2025, 10:06   
Seçilən
8
1
pravda.az

2Mənbələr