AZ

Trampın oğlu İrəvana gəlir: Görün məqsədi nədir

ABŞ prezidenti Donald Trampın oğlu, kiçik Donald Tramp noyabrın 12-də Ermənistana gələcək.

Publika.az xəbər verir ki, bu barədə “Past” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, səfərin məqsədi biznes maraqları ilə bağlıdır. Hökumət rəsmiləri ilə bir sıra görüşlər nəzərdə tutulub.

Lakin 47 yaşlı kiçik Trampla Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşün planlaşdırılıb-planlaşdırılmadığı hələlik məlum deyil.

Nəşr qeyd edir ki, səfəri çox güman ki, Ermənistanın ABŞ-dakı yeni səfiri Narek Mkrtçyan təşkil edib.

Seçilən
17
2
publika.az

10Mənbələr