AZ

Anton Krivotsyuk “Seul”a da qol vurdu - ARENA.AZ

Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyuk “Daejeon Hana Sitizen”in komandasının heyətində növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, futbolçumuzun komandası bu gün Cənubi Koreya çempionatının (K Liqa 1) 2025-ci il mövsümünün final mərhələsindəki ikinci oyununda “Seul”la qarşılaşıb.

“Daejeon Hana Sitizen” bu rəqiblə doğma meydanda üz-üzə gəlib. Krivotsyukun komandası yekunda inamlı qələbəyə sevinib – 3:1.

Anton bu görüşdə 90 dəqiqə meydanda olub. Komandasının ilk qolunu da 47-ci dəqiqədə Krivotsyuk vurub.

“Daejeon Hana Sitizen” cari mövsümdə keçirdiyi 35 oyuna topladığı 61 xalla 12 iştirakçı arasında ikinci yerdə qərarlaşıb. Krivotsyukun komandası 35 oyuna 17 qələbə qazanıb, 10 heç-heçə edib, 8 məğlubiyyətə üzülüb. Anton bu görüşlərin 27-də iştirak edib, 2 qola imza atıb.

Xatırladaq ki, Anton Krivotsyuk Cənubi Koreya klubuna 2023-cü ilin fevral ayında Polşanın “Visla” (Plotsk) komandasından 600 min avro qarşılığında transfer olunub. O, bu komandanın heyətində 89 oyuna çıxıb, 5 qol, 2 məhsuldar ötürmə müəllifi olub. 26 yaşlı müdafiəçinin Cənubi Koreya klubu ilə 2027-ci il dekabrın 31-nə qədər nəzərdə tutulmuş müqaviləsi mövcuddur.

Anton daha öncə Azərbaycanda “Neftçi”nin uğurları üçün çalışıb. Mərkəz müdafiəçisi Azərbaycan yığma komandasında da 43 matça çıxıb, 1 qola imza atıb.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
20
49
arena.az

10Mənbələr