AZ

Ukraynaya ballistik raket atıldı

Rusiya Silahlı Qüvvələri Ukraynanın Nikolayev şəhərinə ballistik raketlərlə zərbə endirib, yaralılar var.

Publika.az xəbər verir ki, bu barədə "RBK-Ukrayna" Nikolayev vilayət dövlət administrasiyasının rəhbəri Vitali Kimə istinadən məlumat yayıb.

"Nikolayevə raket zərbəsi nəticəsində yaralananlar var", - o qeyd edib.

Bildirilib ki, Dmitrovka kəndindəki atəş nəticəsində üç fərdi ev və bir çoxmənzilli bina, həmçinin elektrik şəbəkəsi xətti zədələnib.

Seçilən
6
2
publika.az

3Mənbələr