AZ

Luvrdan oğurlanan tarixi eksponatları İsrail şirkətinə satmaq istədilər

Almaniyanın "Bild" qəzeti yazır ki, oktyabrda Luvrdan oğurlanan tarixi qiymətliləri oğrular İsrailin təhlükəsizlik şirkəti "CGI Group"-a satmağa cəhd ediblər.

Mənbələrə görə, sövdələşmə "darknet” üzərindən həyata keçirilməliymiş, lakin hüquq-mühafizə orqanları əməliyyat zamanı izə düşərək satışın qarşısını alıblar.

Ekspertlər qeyd edirlər ki, bu hadisə beynəlxalq səviyyədə fəaliyyət göstərən yüksək təşkilatlanmış cinayətkar şəbəkənin izlərini göstərir və dünyanın ən ciddi muzey oğruluqlarından biri hesab olunur.
 
 

Seçilən
24
1
7news.az

2Mənbələr