AZ

Rusiya Nikolayevə ballistik raketlərlə zərbə endirib, yaralılar var

Rusiya Silahlı Qüvvələri Ukraynanın Nikolayev şəhərinə ballistik raketlərlə zərbə endirib, yaralılar var.

Bu barədə "RBK-Ukrayna" Nikolayev vilayət dövlət administrasiyasının rəhbəri Vitali Kimə istinadən məlumat yayıb.

"Nikolayevə raket zərbəsi nəticəsində yaralananlar var", - o qeyd edib.

Bildirilib ki, Dmitrovka kəndindəki atəş nəticəsində üç fərdi ev və bir çoxmənzilli bina, həmçinin elektrik şəbəkəsi xətti zədələnib.

"RBK-Ukrayna"nın məlumatına görə, hücumun digər detalları dəqiqləşdirilir.
 
 

Seçilən
14
2
7news.az

3Mənbələr