AZ

Qırğızıstanda məktəbdə 58 nəfər şaurmadan zəhərlənib

ain.az, Apa.az portalına istinadən məlumat verir.

Qırğızıstanda özəl məktəbdə 58 nəfər şaurmadan zəhərlənib.

APA xəbər verir ki, bu barədə “Sputnik Kyrgyzstan” məlumat yayıb.

Zəhərlənənlərdən 54-i uşaqdır.

Məlumata görə, onlar qusma, ishal və qarın ağrılarından şikayət ediblər. Hadisə günü bütün zərərçəkənlər məktəbin yeməkxanasında şaurma yeyiblər.

Məktəbdə hazırda yoxlama aparılır və hadisənin səbəbləri araşdırılır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
27
7
apa.az

9Mənbələr