AZ

Rusiya Ukraynanı “İsgəndər” raketi ilə vurdu: ölən və yaralananlar var

Modern.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bu səhər Rusiya işğal ordusu Ukraynanın Nikolayev şəhərinə ballistik raket zərbəsi endirib, nəticədə bir nəfər ölüb, ən azı 15 nəfər yaralanıb.Modern.az xəbər verir ki, bu barədə Nikolayev Regional Hərbi Administrasiyasının rəhbəri Vitali Kim mətbuata bildirib.

Onun sözlərinə görə, zərbə şənbə günü səhər saat 7:20 radələrində endirilib. İlkin məlumatlara görə, şəhərə kasetli döyüş başlığı olan “İsgəndər-M” raketi ilə hücum edib.

"Təəssüf ki, bir nəfər ölüb. Hazırda 15 nəfərin yaralandığı məlumdur", - Kim deyib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
8
2
modern.az

10Mənbələr