AZ

Türkiyəli məşhur aktyor avtoqəzada həlak oldu - Foto

Türkiyənin tanınmış aktyoru Engin Çağlar İstanbulda yol qəzasında həlak olub.

"Bakuinfo" xəbər verir ki, dünən Şişlidə yolu keçərkən 85 yaşlı aktyoru motosiklet vurub.

Engin Çağlar xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, aktyorun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Engin Çağlar türk kinosunun qızıl dövrü sayılan "Yeşilçam"ın unudulmaz aktyorlarından olub. O, "Kadın Değil Baş Belası", "Kınalı Yapıncak", "Feride", "Makber" kimi bir çox məşhur filmdə rol alıb.

Aktyor Türkan Şoray, Hülya Koçyiğit və Fatma Girik kimi əfsanəvi "Yeşilçam" ulduzları ilə bir çox filmdə tərəf müqabili olub. O, 1960-1970-ci illərdə türk kinosunun ən populyar kişi aktyorlarından biri kimi şöhrət qazanıb.

Seçilən
15
2
bakuinfo.net

10Mənbələr