AZ

Putin İradə Zeynalovaya fövqəladə və səlahiyyətli səfir rütbəsi verib

Rusiyanın Mavrikidəki səfiri, Azərbaycan əsilli İradə Zeynalovaya fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilib.

7News.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin fərman imzalayıb.

Müvafiq fərman Rusiyanın rəsmi hüquq-informasiya portalında dərc edilib.


Qeyd edək ki, İradə Zeynalova Rusiyanın tanınmış telejurnalistidir. O, uzun illər Rusiyanın müxtəlif televiziya kanallarında xüsusi müxbir və proqram müəllifi və aparıcısı kimi çalışıb. 2024-cü ilin sentyabrında Rusiyanın Mavrikidəki səfiri təyin olunub
Seçilən
9
17
7news.az

10Mənbələr