Rusiya Donetskdə Ukrayna ordusunun mövqelərinə zərbələr endirib.
Xezerxeber.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, Rusiya ordusu Donetskdə yerləşən Krasnoarmeyskdəki dəmiryolu vağzalının yaxınlığında Ukrayna ordusunun cəmləşdiyi yerlərə zərbələr endirməkdə davam edib.
Həmçinin bildirilir ki, Rusiya ordusu Ukraynanın hərbi aerodromlarına və uzaqmənzilli pilotsuz uçuş aparatlarının saxlanıldığı yerlərə zərbələr endirib.