AZ

Henrix Mxitaryan 1 aylıq sıradan çıxdı - ARENA.AZ

İtaliya A Seriyasının 8-ci turunun “Napoli” ilə səfər oyunu (1:3) “İnter”in yarımmüdafiəçisi Henrix Mxitaryan üçün xoşagəlməz başa çatıb.

Arena.az xəbər verir ki, oyunun birinci hissəsində zədələnərək əvəzlənmiş 36 yaşlı erməni futbolçu bud əzələlərinin gərilməsi üzləşib.

Mxitaryanın növbəti həftə ərzində təkrar tibbi müayinədən keçəcəyi bildirilir. İlkin təxminə görə, veteran futbolçu noyabrın sonuna qədər müddətə sıradan çıxıb.

Henrix Mxitaryan 2022-ci ilin yayından “İnter”də çıxış edir. Erməni futbolçu İtaliya təmsilçisində indiyə qədər 156 oyuna çıxıb. O, bu oyunlarda 8 qol vurub, 18 məhsuldar ötürmə müəllifi olub.

Mxitaryan daha öncə İtaliyada “Roma”nın da formasını geyinib. O, İngiltərənin “Arsenal”, “Mançester Yunayted”, Almaniyanın “Borussiya” (Dortmund), Ukraynanın “Şaxtyor” (Donetsk), “Metallurq” (Donetsk), Ermənistanın “Pünik” klublarının da uğurları üçün çalışıb. Ermənistan yığmasında 95 oyun keçirmiş yarımmüdafiəçi, 32 qol vurub, 25 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 36 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
25
49
arena.az

10Mənbələr