Bakı. Trend:
Noyabrın 7–21-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakeçiriləcək VI İslam Həmrəyliyi Oyunları çərçivəsində təşkilolunacaq voleybol yarışlarının təqvimi açıqlanıb.
Trend xəbər verir ki,həmçinin qadın voleybolçulardan ibarət Azərbaycan millikomandasının rəqibləri və oyunların başlama saatlarımüəyyənləşib.
Milli noyabrın 4-də mübarizəyə start verəcək. KomandaTacikistan, İran, Türkiyə və Əfqanıstan yığmaları ilə qarşılaşacaq.Voleybol yarışlarına noyabrın 13-də yekun vurulacaq.
Milli komandanın oyun cədvəli:
4 noyabr
15:00. Azərbaycan - Tacikistan
6 noyabr
15:00. Azərbaycan - İran
9 noyabr
18:00. Azərbaycan - Türkiyə
12 noyabr
15:00. Azərbaycan - Əfqanıstan