AZ

Bakıda ilk dəfə Zeytun Festivalı

Yazını böyüt
Yazını kiçilt

Oktyabrın 31-dən noyabrın 2-dək İçərişəhərdə Zeytun Festivalı keçirilir .

Hafta.az xəbər verir ki, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə keçirilən festivalın əsas məqsədi Azərbaycanın qədim zeytunçuluq ənənələrinin təbliği, yerli istehsalçıların dəstəklənməsi və bu sahədə milli brendin formalaşdırılmasına töhfə verməkdir.

Festival çərçivəsində zəngin yarmarka proqramı, konsertlər, rəssamların açıq hava plenarı, həmçinin sərgilər təşkil olunub. Festivala gələn qonaqlar həm müxtəlif bölgələrdən gətirilən zeytun və zeytun məhsulları ilə tanış olur, həm də İçərişəhərin tarixi mühitində maraqlı mədəni və əyləncəli anlar yaşayırlar.

İçərişəhərin özünəməxsus ab-havasında keçirilən bu festival yerli sənətkarların, rəssamların, musiqiçilərin iştirakı ilə birgə ənənə və müasirliyin vəhdətini nümayiş etdirir.

Bundan əlavə, festival çərçivəsində uşaqlar üçün xüsusi əyləncə proqramı da nəzərdə tutulub. Kiçik ziyarətçiləri oyunlar, yaradıcılıq guşələri və maraqlı ustad dərsləri gözləyir.

Tədbir hər kəs üçün açıqdır.

Seçilən
10
17
hafta.az

10Mənbələr